BOKT “Pro Kredit” ASC 2024-cü ildə cəmi faiz gəlirləri 785.67 min manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 220.4 min manat və ya 40% çoxdur.
Banker.az xəbər verir ki, artım əsasən verilmiş kreditlər üzrə gəlirlərin yüksəlməsi ilə əlaqəlidir.
Hesabat ilində faiz xərcləri 69.2 min manat olub, bu göstərici 2023-cü ildə 113.9 min manat təşkil edib. Beləliklə, faiz xərcləri 44.7 min manat və ya 39% azalıb.
Əmək haqqı və ona bərabər tutulan xərclər 2024-cü ildə 132.6 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 26.7 min manat və ya 25% çoxdur.
Şirkətin vergilər çıxıldıqdan sonra əldə etdiyi xalis mənfəət 2024-cü ildə 91.3 min manat olub. Bu da illik 22.4 min manat və ya təqribən 33% artımdır.
BOKT-nin aktivləri 2023-cü illə müqayisədə 252 min manat artaraq 3,05 milyon manata çatıb. Kredit portfeli 2,57 milyon manat olub. Öhdəliklər 1,83 milyon manat, kapital isə 1,22 milyon manat təşkil edib.
Xatırladaq ki, “Pro Kredit” BOKT 2011-ci ildə yaradılıb, 1.1 milyon manat nizamnamə kapitalına sahibdir. Səhmləri Məhəbbət və Rəna Məmmədovlara məxsusdur.