3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

İki yeni lombard şirkəti təsis edilib

Azərbaycanda iki yeni lombard şirkəti Dövlət Vergi Xidmətinin idarələri tərəfindən dövlət qeydiyyatına alınıb.

Banker.az-ın məlumatına görə, bunlar, “Baku Pro Lombard” MMC və “SAF2021 Lombard” adlı şirkətidir.

“Baku Pro Lombard” MMC noyabrın 26-da dövlət qeydiyyatına alınıb, 100 manat nizamnamə kapitalı vardır. Bu şirkətə Əli Cahangirov Ramiz oğlu rəhbərlik edəcək. Qeydiyyat ünvanı Bakı şəhəri Yasamal rayonu, General İzzət Həmidov, ev 31, m. 9-dur.

“SAF2021 Lombard” noyabrın 30-da dövlət qeydiyyatına alınıb, 10 manat nizamnamə kapitalına sahibdir. Bu lombard şirkətinə Yusif Bayramov Yaqub oğlu rəhbərlik edəcək. Şirkətin hüquqi ünvanı Göygöl şəhəri, M.Ə.Rəsulzadə, ev 96, m. 0-dır.

Son xəbərlər
Oxşar xəbərlər