26 C
Baku
Saturday, April 20, 2024

“İki yüz milyard dollarla yeni Azərbaycan qurmaq olardı”

“Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 20%-i həcmindədir”.

Bunu deputat Əli Məsimli bu gün Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, büdcənin formalaşmasında neft sektorunun rolu böyükdür. Onun sözlərinə görə, yaxın gələcəkdə neftdən kənar sahə büdcəyə neft qədər vəsait cəlbinə imkan yaratmaya bilər. Lakin islahatları dərinləşdirməklə bu çatışmazlığı aradan qaldırmaq olar.

Ə.Məsimli əlavə edib ki, struktur islahatları dərinləşdirmək, çevik idarəetmə strukturunu yaratmaqla, idarəetmənin səmərəliliyini artırmaqla korrupsiyanın ardan qaldırlmasına nail olmaqla, büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər.

Onun sözlərinə görə, son 10 ildə Azərbaycan Dövlət Neft Fondundan həm banklar vasitəsilə, həm də büdcəyə transfertlərlə iqtisadiyyata vəsait qoyuluşu 200 mlrd. manatdan çox olub: “Bu, yeni Azərbaycan qurmaq üçün yetərli idi. Amma həmin vəsaitin istehsalla əlaqəsi zəif olduğuna görə, büdcəyə əlavə vəsait daxil olmur”.

MənbəSputnik
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər