Estoniya digər vətəndaşlığı Rusiya olan şəxslərin ölkəyə daxil olmasını qadağan edib.
Bu barədə SchengenVisaInfo saytı məlumat yayıb.
Bildirilir ki, Rusiya vətəndaşları arasında Estoniya pasportu daşıyanlar kifayət qədər çoxdur. Rusiyada səfərbərlik barədə fərmandan sonra onlar kütləvi surətdə Estoniyaya geri qayıdırlar.
Bunu nəzərə alan rəsmi Tallin Estoniya pasportlu ikili vətəndaşların girişinə qadağa qoyub.