14 C
Baku
Saturday, October 19, 2024

İkinci ən böyük bank səhmdarı, kosmetika şirkətinin kapitalını 2021-də ikinci dəfə artırır

Azərbaycanın ilk kosmetik şirkəti olan “Gazelli Group” MMC nizamnamə kapitalını 2021-ci ildə ikinci dəfə artırmaq qərarı verib.

Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 22.26 mln. manatdan 26.50 milyon manata qədər artırıb. Bu isə 4.24 mln və ya 19% artırması deməkdir.

gazelli group e1614849888320

Kosmetika şirkəti sonuncu dəfə kapital artımına 2021-ci ilin yanvar ayında getmişdi. Həmin zaman nizamnamə kapitalını 3.5 mln. manat artırmışdı. Beləliklə ilin ilk rübü çıxmamış “Gazelli Group” kapitalını 7.74 milyon, yaxud 41% artırmalı oldu.

Qeyd edək ki, “Gazelli Group” 1999-cu ildə dr. Zərifə Həmzəyeva tərəfindən təsis edilib.

Z.Həmzəyeva, Banker.az tərəfindən öncəki il tərtib edilən siyahıya görə, ölkədə fiziki şəxs kimi ikinci ən böyük bank səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər