Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyuta ehtiyatları ikinci aydır ki, azalır.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları son ayda 51 mln. dollar, yaxud 0.71% azalıb.
Bununla da 29 aprel 2022-ci il tarixə 7 milyard 086 milyon ABŞ dollarına düşüb.
Bununla da son üç ayda 73 mln. dollar azalma baş verib.