Səhiyyə Nazirliyi: “İkinci dozanı ala bilməyən şəxslər vaksini 56 gün ərzində vurdurmalıdır”

“Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır”.

Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir: “Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.