13 C
Baku
Friday, November 22, 2024

İkinci karyera

Sizin ilk peşənizin həm də sizin son peşəniz olduğu günlər artıq çox arxada qalıb. Faktiki olaraq, əksər insanlar düşünür ki, ikinci sənət daha çox şeylər vəd verir.

Əslində yetkin ixtisaslaşmış işçi başladığı işə hər hansı iş sahəsinə yenicə qədəm qoyan bir insandan daha artıq səmimiyyət gətirə bilər. Lakin yeni peşəkar debütünüzü səfərbər etməkdən öncə, sizin bu ikinci cəhdinizi real qiymətləndirə bilmək imkanı verən aşağıdakı məsləhətlərə nəzər salın.

Güclü tərəflərinizə diqqət yetirin

Sizi ikinci peşə üçün mükəmməl edən üstünlüklərnizin siyahısının vicdanla və diqqətlə hazırlaması sağlam düşüncənizin göstəricisidir. Sizdə artıq möhkəm peşəkar etikanı formalaşdıracaq, təcrübə olduğundan yeni yerdə işinizin miqdarının nə qədər çox ola biləcəyindən artıq xəbəriniz var və siz işə yeni perspektivdən yanaşan digər bir namizəddən daha üstün  tərəflərə maliksiniz. Bu üstünlüklərinizdən istifadə edərək öz seçimlərinizi məhz sizlə lazım olan peşələr üzərində saxıamalısınız, belə olduqda yaşlı vaxtlarınızda işləriniz qaydasında gedəcək.

Zəiflliklərinizdən istifadə edin

Qəpiyin digər üzünə nəzər salmaqla, yəni öz zəif cəhətlərinizi müəyyən etməklə siz ikinci iş seçimində səhvə yol verməmək üçün daha mükəmməl hazırlanmış olacaqsınız. Faktiki olaraq, bəzi zəifliklər, (gecə yarıya qədər işləmə, işdən kənar saatlarda işdə qalmağa meyillilik  və ya inadcıl xasiyyət) bəzi hallarda sizi həqiqətən də ən ideal namizədə çevirə bilər. Ən pis cəhətlərinizi belə qiymətləndirin və iş üçün müraciət etdikdə real olmağa çalışın. İndi elə bir vaxt deyil ki, siz özünüzü ən yaxşı tərəfdən göstərə bilməyəcəyiniz və zövq almayacağınız işə başlayasınız.

Əlavə (tamamlayıcı) işləri nəzərdən keçirin

Sizin yeni peşə ixtisasınız əvvəl məşğul olduğunuz işdən heç də 180 dərəcə fərqlənməli deyil. Peşəkarlığa dəlicəsinə can  atan və əsasən magistr dərəcəsi almağı düşünən əksər insanlar onlara ikinci karyeralarında lazım olacaq həqiqi yetənəkləri toplamağı bəzən nəzərdən qaçırılar. Bəzi peşəkarlar təlim və sertifikat proqramlarının vasitəsi ilə formal təhsil ilə, hazırki aktiv iş təcrübəsi xanalarına nə yazmalı olduqlarını müəyyən edirlər. İkinci iş sahəsinin məhz sizin üçün olduğunu qətiləşdirməkdən öncə sizə uğur qazanmaq üçün lazım olacaq biliklərin toplanmasına sərf olunacaq vəsaitin çevik təhlilini aparın. Ola bilsin ki, sizin həmin təhsil sahəsinə pul yatırmağınız bir əhəmiyyəti yoxdur, xüsusən də əgər bu ödənişlər bilavasitə deyilsə.

Qazanc potensialınızı hesablayın

 İldən-ilə bazarlar dəyişildikcə bəzi ixtisasların gələcəkdə nəhəng gəlirlər gətirəcəyi gözlənilir. Sizin oxşar sferada bir neçə illik təcrübənizin olduğunu nəzərə alsaq, son nəticədə onlar sizin üz tutmalı olduğunuz əsas yerlərdir. Siz təqribi nə qədər qazanacağınızı, eyni zamanda real gəlirlərinizin nə qədər olduğunu müəyyən etmək istəyirsinizsə sözügedən sahədə çalışan insanlarla əlaqə saxlayın.

İstənilən riski  dərk edin

Bəzi iş yerləri digərlərindən daha az risk tələb edir. Siz sadəcə iş axtarma prosesini nizamlı şəkildə qurmalı və yeni işin mənimsənilməsinə gündəlik bir neçə saat ayırmalısınız. Digər karyera dəyişiklikləri isə sizin qarşınıza istədiyiniz vəzifəni tutmaq üçün bir sıra ağır tələblər qoya bilər. Həm vaxt, həm də pul məsrəfinə səbəb ola biləcək bu tələblərə nümunə olaraq lisenziya alma, peşəkar testləşmə, sığortalanma, ofis yeri, çatdırılma, nəqliyyat xərclərinin qarşılanması, hətta köçmə xərcləri də misal ola bilər. Öz yeni karyeranıza pul investisiya etməkdən öncə yuxarıda dediyimiz qazanclarınızın analizinə diqqət yetirin və sizin seçiminizin nə dərəcədə müvafiq olduğunu yoxlayın.

Sevdiyiniz işlə məşğul olun

Son nəticədə, həyat oyununda əldə etdiyiniz bu ikinci şans – sizin təqaüdə çıxana qədər tərk etməyəcəyiniz bir iş yeri ola bilər, əgər siz özünüzü müəyyən yaşa çatdıqdan sonra həmin iş yerində rahat işləyən vəziyyətdə təsəvvür edə bilmirsinizsə, ola bilsin, bu iş yeri sizin diqqətinizi cəmləməli olduğunuz bir  yer deyil. Qısa ömürlü iş yeri, sağlamlığa zərərli olan peşələr və ya yeni texnologiyalar ilə təchizatı ilə bağlı şübhə doğuran iş yerləri sizin üçün yanlış seçim ola bilər. Xeyli fikirləşin və elə işin arxasınca gedin ki, bu iş haqqında düşünəndə də təbəssüm üzünüzdən əskik olmasın.

İkinci karyeranıza 25 və ya 55 yaşında başlamağınızdan asılı olmayaraq sizin həmişə yaxşı sövdələşmə edərək işgüzar həyatınızın qalan hissəsini zövq alaraq görəcəyiniz iş seçmək imkanlarınız var. Hər detala ehmalca yanaşın və fikirləşməyə, hər şeyi düşünməyə vaxt sərf etməkdən çəkinməyin, yalnız bu təqdirdə siz peşəkar  karyeranızın ən uğurlu ikinci işini tapmış olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər