30 C
Baku
Monday, July 1, 2024

İkinci rübdə “LUKoil”un xalis mənfəəti 167,3 milyard rubl olub

Cari ilin ikinci rübündə Rusiyanın “LUKoil” neft şirkətinin xalis mənfəəti 167,3 milyard rubl təşkil edib.

İkinci rübdə “LUKoil”in xalis mənfəəti 167,3 milyard rubl olub. Xalis mənfəətə dair proqnoz isə 168,7 milyard rubl idi.

Hesabat dövründə şirkət satışları 2,06 trilyon rubl təşkil edib. Proqnoz 2 trilyon rubl idi. Beləliklə şirkətin xalis mənfəəti və satışları proqnozlarla üst-üstə düşüb.

Dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan “LUKoil” qlobal neft hasilatının təxminən 2 faizini həyata keçirir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər