10 C
Baku
Friday, December 13, 2024

İkinci yarımildə “Ziraat Bank”dan fiziki şəxslər əmanətlərinin az qala yarısını geri çəkiblər

Türk kapitallı “Ziraat Bank Azərbaycan” ASC-nin depozit portfeli 2018-ci ilin son 3 ayda (oktyabr-dekabr) 8 faiz  , ikinci yarımillik ərzində (iyul-dekabr) 15% azalaraq 80,45 mln. manata düşüb.

Banker.az xəbər verir ki, bu barədə bankın 2018-ci il 31 dekabr tarixinə açıqladığı maliyyə hesabatında deyilir.

Depozit portfelinin 9,12 mln. manatı fiziki şəxslərin tələbli depozitləri, 23,41 mln. manatı hüquqi şəxslərin tələbli depozitləri, 39,25 mln. manatı fiziki şəxslərin müddətli depozitləri və 8,67 mln. manatı isə hüquqi şəxslərin müddətli depozitləridir.

Depozit portfelinin azalmasına səbəb heç şübhəsiz – “Ziraat Bank Azərbaycan”nın fiziki şəxslərdən cəlb olunan depozit portfelindəki kəskin kiçilmədir. Belə ki, iyunda Bankın  fiziki şəxslərdən cəlb etdiyi müddətli depozitləri 64,99 mln. manat təşkil etdiyi halda ilin sonunda 39,25 mln. manata düşməli olub. Bu da yarımil ərzində (iyul-dekabr) 40% azalma olması deməkdir.

Xatırladaq ki, hazırda bankın cəmi öhdəlikləri 160,49 mln. manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər