12 C
Baku
Thursday, March 28, 2024

İkiqat təpə və ikiqat dib modelləri

İkiqat təpə modeli (Double Top) – texniki analizdə yüksələn trendin dönüşü əks etdirən qrafik modeldir.

İkiqat təpəni müəyyən etməkdən ötrü treyder qiymətin hərəkətini diqqətlə izləməlidir.

Yüksələn trenddə maliyyə alətinin kursu ikinci dəfə güclü müqavimət səviyyəsinə yaxınlaşırsa, amma onu kəsə bilmirsə, bundan sonra dönüb aşağı gedirsə onda iki qat təpə yaranır.

Bir çox konservativ treyderlər ikiqat təpənin tam başa çatmağını gözləyirlər, bundan ötrü qiymət iki təpə arasında yerləşən lokal minimumu dəf etməlidir.

İkiqat təpə modeliikiqat

Əlbəttə ki, lokal minimum təpələrdən “çox dərində” yerləşdiyi hallarda, onun dəf edilməsini gözləmək əhəmiyyətini itirir.

İndi isə ikiqat təpə əks istiqamətdə yerləşən və ikiqat çökəklik (dib) adlanan modeli nəzərdən keçirək.

İkiqat dib modeli (Double Bottom)  – texniki analizdə enən trendin dönüşünü əks etdirən qrafik modeldir.

İkiqat dibin müəyyən edilməsi üçün treyder yenə də qiymət davranışını diqqətlə izləməlidir.

Enən trenddə maliyyə alətinin kursu ikinci dəfə güclü dəstək xəttinə enirsə, amma onu kəsə bilməyib, geri qayıdıb, yüksəlişə doğru gedirsə ikiqat dib əmələ gəlir.
Bir çox konservativ treyderlər gözləyir ki, ikiqat dibin formalaşması tam başa çatsın, bundan ğtrü qiymət iki eniş (dib arasında) yerləşən lokal maksimumu dəf etməlidir.

İkiqat dib modeli ikiqatdib

Əlbəttə ki, lokal maksimum çökəklərdən həddindən “çox yüksəkdə” yerləşəndə, onda qiymətin lokal maksimumu dəf etməsini gözləmək öz əhəmiyyətini itirir.

İki qat təpə və ya iki qat dib modellərinin formalaşmasının başa çatmasını gözləmək onunla bağlıdır ki, texniki analizdə daha güclü dönüş modelləri mövcuddur. Bu sıra üçqat təpə və üçqat dib modellərini qeyd etmək olar ki, onları da ayrılıqda nəzərdən keçirəcəyik.

Son xəbərlər
Digər xəbərlər