16 C
Baku
Friday, November 22, 2024

“İkitərəfli SMS xidməti” nədir və bu xidmətdən necə faydalanmaq olar?

“İkitərəfli SMS xidməti” nədir, hansı üstünlükləri var və bu xidmətdən necə faydalanmaq olar?

Vergilər Nazirliyi vergi ödəyicilərinin məlumatlandırılması və vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə tətbiq etdiyi elektron xidmətlərdən biri də “İkitərəfli SMS xidməti”dir. Bu xidmətin məqsədi vergi ödəyicilərinin vergi öhdəliklərini vaxtında bilməsinə, o cümlədən elektron kabinetlərinə göndərilən məktublarla tanış olmasına kömək etməkdir. İnformasiyanı vaxtında əldə edən vergi ödəyicisi bəyannamələrini vaxtında təqdim etmək, maliyə sanksiyalarına məruz qalmamaq, öz vergi öhdəliklərinə mütəmadi nəzarət etmək imkanına malik olur.

“İkitərəfli SMS xidməti”nə abunə olmuş vergi ödəyiciləri vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21 halda SMS vasitəsilə məlumatlandırılırlar. Bu hallara ödəyicinin təqdim edilməli bəyannamələrinin olması, yeni borcunun yaranması, bəyannamələri üzrə uyğunsuzluq aşkar edilməsi, əlavə vergi məbləği hesablanması, ƏDV qeydiyyatına alınması, İnternet Vergi İdarəsində olan elektron kabinetinə sənəd daxil olması, ödəyiciyə növbəti səyyar vergi yoxlaması təyin edilməsi və s. daxildir.

ver

“İkitərəfli SMS xidməti”nə necə abunə olmaq olar?

Bu xidmətdən 2 formada istifadə etmək olar. “İkitərəfli SMS xidməti”indən e-taxes.gov.az portalı və ya mobil telefon vasitəsilə qeydiyyatdan keçərək abunə olmaqla yararlanmaq olar.

E-taxes.gov.az portalı vasitəsilə qeydiyyat və abunəçilik  üçün aşağıdakı addımları izləmək lazımdır.

1. E-taxes.gov.az portalı vasitəsilə qeydiyyat və abunəlik üçün İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

2. Bu zaman “Onlayn kargüzarlıq və e-VHF” bölməsinin “İkitərəfli SMS xidməti” altbölməsinə daxil olduqdan sonra açılan pəncərədə “Nömrənin qeydiyyatdan keçirilməsi” bölməsi seçilir.

3.Açılan növbəti pəncərədə mobil nömrə daxil edilir.

4. Daha sonra telefona göndərilən kod müvafiq pəncərəyə daxil edilərək təsdiq edildikdən sonra qeydiyyat yekunlaşır.

5. İnternet Vergi İdarəsi vasitəsilə xidmətə abunə olmaq üçün isə “Onlayn kargüzarlıq və e-VHF” bölməsinin “İkitərəfli SMS xidməti” altbölməsinə daxil olduqdan sonra “Abunə ol” düyməsi seçilir və açılan pəncərəyə mobil nömrə daxil edilir. Telefona göndərilən kodun müvafiq pəncərəyə daxil edilməsi təsdiq edildikdən sonra abunəlik yekunlaşır.

Mobil telefon vasitəsilə qeydiyyat üçün *195* istifadəçi kodu*şifrə# yığaraq “YES” düyməsi sıxılmaqla nömrə qeydiyyatdan keçirilir. Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən START yazıb 8195 nömrəsinə SMS göndərilir. Bu xidmətdən bütün mobil operatorların abonentləri istifadə edə bilər.

Bu xidmətdən istifadə etmək ödənişlidirmi?

8195 nömrəsinə göndərilmiş hər sorğuya görə nömrənin balansından 10 qəpik xidmət haqqı tutulur. Abunə olmuş vergi ödəyicilərinin nömrəsinin balansından isə ayda 1 manat 18 qəpik abunə haqqı tutulur.

“İkitərəfli SMS xidməti”ndən qeydiyyatdan keçmiş vergi ödəyiciləri hansı məlumatları öyrənə bilərlər?

Hazırda “İkitərəfli SMS xidməti”ndən qeydiyyatdan keçmiş vergi ödəyiciləri 8195 nömrəsinə

  • 1 yazıb göndərməklə dövlət büdcəsinə olan vergi borcu barədə;
  • 2 yazıb göndərməklə təqdim edilməli bəyannamələr barədə;
  • 3 yazıb göndərməklə fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə;
  • 4 yazıb göndərməklə e-qutuda oxunmamış məktubların olub-olmaması barədə;
  • 5 yazıb göndərməklə qeydiyyatda olan təsərrüfat subyektləri barədə məlumat ala bilərlər.
Son xəbərlər
Digər xəbərlər