16 C
Baku
Friday, May 2, 2025

İKZF 214 milyon manata yeni mənzillər alır, bu ərazilərdə satmaq öhdəliyi ilə kirayəyə veriləcək

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tender elan edib.

Banker.az xəbər verir ki, tenderdə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 213 666 667 AZN təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə tutulur.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir.

İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 50000 kv.m-dən az olmamalıdır.

 

Son xəbərlər
Digər xəbərlər