Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “Körpü-Bina-Tikinti” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2 nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 138.800.096 AZN təşkil edir.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcəkdir.