16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

İKZF-in xalis mənfəəti azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) 2019-cu il ərzində 18,64 milyon manatlıq xalis mənfəət əldə edib. Bu barədə İKZF-in açıqladığı hesabatda deyilir.

Hesabata görə, İKZF 2019-cu il ərzində 44,96 mln. manat faiz gəliri, 18,83 mln. manat faiz xərci edib – bununla da xalis faiz gəliri 26,14 mln. manat təşkil edib.

İKZF-in xalis mənfəət etməsinə rəğmən faiz gəlirlərində mühüm azalma müşahidə edilib. 2018-ci ildə 47,99 mln. manat faiz gəlirinin olduğunu nəzərə alsaq, 2019-cu ildə faiz gəlirlərinin 6%-dən yuxarı azaldığını müşahidə edərik.

Eyni ilə Fondun əməliyyat mənfəəti 14% kiçilməklə 25,84 mln. manata düşmüşdür. Fondun işçi xərcləri 4,34 mln. manat, digər inzibati xərcləri 2,85 mln. manat təşkil edib.  Nəticədə xalis mənfəəti 18,64 mln. manat təşkil edib – 2018-ci ildə bu 19,32 mln. manat idi.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər