İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “GNİ Consulting” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”ndə ilkin maliyyələşdirilmiş ipoteka kreditləri ilə əlaqədar yeni hesablaşma mexanizminin tətbiqi üzrə xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 20 000 manatdır.
Bundan əlavə, İKZF “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin ANİ ödəniş sisteminə inteqrasiyası üzrə xidmətlərin satın alınması üçün “ATA Texnologiya” MMC -yə 22 900 manat ödəyəcək.