9 C
Baku
Monday, November 18, 2024

İKZF istiqrazlarının 100 mln. manatlıq emissiyasının növbəti tranşı yerləşdirilib

25 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 25 000 ədəd sənədsiz adlı, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Banker.az İKZF-yə istinadən xəbər verir ki, istiqrazlar 1 005.0555 manat qiyməti ilə satışa çıxarılıb və tam həcmdə yerləşdirilib.

Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti 15 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilib.

Son xəbərlər
Digər xəbərlər