10 C
Baku
Saturday, November 23, 2024

İKZF-nin 20 mln. manatlıq istiqrazları yerləşdirilib

29 mart 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilib.

Banker.az bu barədə İKZF-yə istinadən xəbər verir.

Mərkəzi Bank tərəfindən İKZF-nin sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Emissiya prospekti 17 mart 2022-ci il tarixində qeydə alınıb. Fonddan bildirilir ki, emissiyanın ümumi həcmi 20 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.

Son xəbərlər
Digər xəbərlər