11 C
Baku
Monday, November 18, 2024

İKZF-nin 30 mln. manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

28 oktyabr 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-də İpoteka və Kredit Zəmanət Fondunun 30 000.000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 001.1666 manat qiyməti ilə satışa çıxarılacaq.

Banker.az bu barədə Fonda istinadən xəbər verir.

Qeyd edək ki, Mərkəzi Bankı tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 19 sentyabr 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər