7 C
Baku
Wednesday, December 25, 2024

İKZF-nin dövriyyədə olan istiqrazlarının həcmi 2 mlrd. manatı ötüb

Azərbaycan Dövlət İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) dövriyyədə olan istiqrazlarının həcmi 2078,6 mln. manata bərabərdir.

Bunu İKZF-nin İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov deyib.

O bildirib ki, 2009-cu ildən bu günədək 1906,3 mln. manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib. İstiqraz sahiblərinə isə 278,5 mln. manat məblağində faiz ödənişləri həyata keçirilib.

O əlavə edib ki, Fondun istiqrazları daha çox yerli maliyyə qurumları, o cümlədən banklar və sığorta şirkətləri tərəfindən alınır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər