10 C
Baku
Friday, December 27, 2024

İKZF-nin istiqrazlarının 100 mln. manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək

25 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 25 000.000 manat həcmində adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 005.0555 manat qiyməti ilə satışa çıxarılacaq.

İKZF-nin məlumatına əsasən, Mərkəzi Bank tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti 15 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər