22 C
Baku
Friday, July 4, 2025

İKZF ötən il “kirayə mənzillərə” görə tikinti şirkətlərinə 288 mln. manat ödəyib

2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) “kirayə mənzillərə” (satmaq öhdəliyi ilə kirayə verilən mənzillər) xərclədiyi vəsaitin həcmi məlum olub.

Fond ötən il bu layihə çərçivəsində tikinti şirkətlərinə 287,7 milyon manat vəsait xərcləyib. Məlumata görə, ötən il bu istiqamətdə xərclər kəskin şəkildə artıb. Fond bir ildə “kirayə mənzil” xərclərini 60,6% və ya 108,6 milyon manat artırıb. 2023-cü il üzrə bu rəqəm 179,1 milyon manat təşkil edib.

2024-cü il ərzində kirayə mənzil sahibləri Fonda 18,5 milyon manat ödəyib. 2023-cü ildə bu göstərici 11,7 milyon manat olub. Başqa sözlə, Fonda bu istiqamətdə ödənişlər bir ildə 58% və ya 6,8 milyon manat artıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər