İKZF sistemin yenilənməsini bu şirkətə həvalə etdi

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair açıq tender başa çatmış və satınalmanın qalibi olaraq “GNİ SOFTWARE” MMC seçilmişdir.

Banker.az xəbər verir ki, İKZF ilə “GNİ SOFTWARE” MMC arasında 08 oktyabr 2018-ci il tarixli 0810/18 nömrəli “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satınalma müqaviləsi bağlanmışdır.