7 C
Baku
Thursday, December 12, 2024

İlə “əla başlanğıc”: Azərbaycanın xarici ticarətinin müsbət saldosu artıb

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $758 mln. 924,27 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 11,2% çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $3 mlrd. 661 mln. 979,53 min (artım 39,45% – İF-Az) təşkil edib.

Yanvar-fevral aylarında ixracın həcmi $2 mlrd. 210 mln. 451,9 min, idxalın həcmi $1 mlrd. 451 mln. 527,63 min təşkil edib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ixracın həcmi 33,6%, idxalın həcmi isə 49,3% artıb.

İxracın strukturunda 82,67% neftin, 4,84% neft məhsullarının, 1,33% təbii qazın, 0,92% elektrik enerjisinin, 2,64% meyvə-tərəvəz məhsullarının, 0,06% çayın, 0,07% bitki və heyvan mənşəli yağların, 0,11% qəndin, 0,07% spirtli və spirtsiz məhsulların, 0,3% kimya məhsullarının, 1,08% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,46% pambıq, 0,15% pambıq ipliyin, 0,44% qara metal və ondan hazırlanan məmulatların, 0,94% alüminium və ondan hazırlanan məmulatların, 3,92% digər məhsulların payına düşüb.

İdxal məhsullarının strukturunda 14,24% ərzaq məhsullarının, 0,89% tütün və tütün məhsullarının, 0,14% sementin, 3,1% əczaçılıq məhsullarının, 3,27% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,88% odun və agac məhsullarının, 13,59% qara metal və ondan hazırlanan məmulatların, 22,39% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 10,12% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,93% mebelin, 28,45% digər məhsulların payına düşüb.

2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət əməliyyatlarında 3,223 min özəl və dövlət müəssisəsi və 2,394 min fiziki şəxs iştirak edib.

Bu dövrdə Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Bu dövrdə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 26,54%-i), İsrail (10,29%), Almaniya (8,4%), Kanada (6,21%), İndoneziya (6,08%), Çexiya (5,72%), Türkiyə (4,2%), Rusiya (3,79%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,77%), Türkiyə (13,52%), Çin (9,5%), Almaniya (8,85%), ABŞ (5,5%) ilə həyata keçirib.

Son xəbərlər
Digər xəbərlər