“Muğanbank” ASC ilin ilk rübündəcə zərə işlədiyi məlum olub.
Banker.az-ın bildirir ki, bu barədə kommersiya bankının 2018-ci ilin 31 mart tarixinə olan rüblük (I) hesabatında deyilir.
Hesabatı analiz etdikdə məlum olur ki, bankın faiz gəlirləri 8,7 mln. manat, qeyri-faiz gəlirləri 2,56 mln. manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 28% daha az olub. Bank faiz-gəlirlərinin 1/4-ni kreditlər üzrə ehtiyyatların yaradılması üçün xərclərə ayırıb və bankın xalis faiz gəliri cəmi 893 min manat olub.
Muğanbank-ın ümümi faiz xərcləri 6 mln manat və qeyri faiz xərcləri isə 513 min manat etməklə ümümi xərclərini 6,51 mln. manata çatdırıb. Beləliklə yerdə qalan qeyri-faiz xərcləri və xalis gəliri nəin ki xərclərini qarşılamaq, hətta 1 mln. 824.19 min manat zərər ilə bitirməsinə səbəb olub. Qeyd edək ki, ötən ilin 4 rübünün sonu da bu bank zərər etmişdi.
Balansı vəziyyəti
Muğanbank ilin əvvəli ilə müqayisədə 3 ayın sonunda aktivlərini 9,1 mln manat (1%) artıra bilib. Hazırda aktivlərinin 70%-i, yəni 342,61 mln. manatdan çoxu müştərilərə verilmiş kreditlərdir. Qeyd edək ki, ilin əvvəlində kredit portfelinin aktivlərdəki çəkisi 72% təşkil edirdi.
Hesabat dövründə, Bankın öhdəlikləri artaraq 1 mln. artaraq 422,09 mln manat təşkil edib. Bunun da 22,63 mln. manatı müştəri hesablarıdır. Bildirək ki, hesabat dövrünün əvvəli bu rəqəm 20,18 mln. manat idi.
Bankın cəmi kapitalı 2 mln manata yaxın azalaraq 67,19 mln. manat olub. Bankın balansındakı illərdir yığılıb qalmış zərər 19,3 mln. manat təşkil edib. Məcmu kapitalın həcmi 68,68 mln. manat təşkil edir.
Bildirək ki, Muğanbank-ın nizamnamə kapitalı ötən ilin 4-cü rübündə 10 mln. manat artırlaraq 85 mln. manata qaldırılmışdı.