Azərbaycanda şirkətlərin mənfəətdən (gəlir) ödədikləri vergi hökumətin proqnozunu hələ il bitməyib 139.5 milyon manat və ya 106.5% üstələyir.
Banker.az xəbər verir ki, dövlət büdcəsinə 2021-ci ilin ilk 9 ayında hüquqi şəxslərin mənfəət vergisindən 2 milyard 283.5 milyon manat təşkil edib. Bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 18.7% artım deməkdir. Hazırda
Ötən il hökumət tərəfindən təsdiqlənən qanun layihəsində dövlət büdcəsinə 2 milyard 144 milyon manat manatlıq vəsait daxil olacağı proqnoz edilirdi.
Bir faktı da qeyd etməliyik ki, Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi 2021-ci ilin ilk üç rüblüyündə, mənfəət vergisinin cəmi 93.8 milyon manatını ölkənin bank sektoru ödəmişdir.