20 C
Baku
Friday, October 11, 2024

“İL” MMC-nin Albaniyadan gətirdiyi marmelad, “Rəmzioğlu Paxlava”nın Türkiyədən gətirdiyi dondurma yararsız çıxdı

“İL” MMC-nin Albaniya Respublikasından gətirdiyi 500 kq marmelad və “Rəmzioğlu Paxlava” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi 540 kq dondurma məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Banker.az xəbər verir ki, aparılan sınaq nəticəsinə əsasən, marmelad nümunələrində kif-maya göbələklərinin, dondurma nümunələrində isə “Enterobacteriaceae”nin (bağırsaq çöpü qrupuna aid olan bakteriya) miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisindən kənarlaşdırılması və ya məhv olunması barədə qərar qəbul edilib.2 2 4 2

 

Son xəbərlər
Digər xəbərlər