15 C
Baku
Tuesday, April 16, 2024

İl yarı oldu… dəyişdirdiklərimiz necə?

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Əziz oxucularım yəqin xatırlayar ki 2013-cü il girərkən “Yeni ildə nələri dəyişməliyik?” adlı yazı yazmışdım və o yazıda bəzi dəyişikliklər etməyi məsləhət etmişdim. 

Artıq il yarı oldu… Dəyişdirdiklərimiz necə bəs? Oldumu nə qədər oldu? Nəticələri nə oldu? Doğrusu mənim keçən yarım ildə dəyişdirdiklərim çox oldu və bütün dəyişikliklərdən yalnız və yalnız fayda gördüm. Xüsusilə bu keçən yarım ildə çox sayda məsləkdaşla tanış olub network-ümü artırdım və gücləndirdim.

Keçən yarım ildə müxtəlif xoş yeniliklərə nail oldum: Azərbaycanın ilk marketinq forumunda spiker kimi çıxışım, müxtəlif şirkət və təşkilatlardan aldığım təlim və seminar tələbləri, dərs dediyim ali məktəbdə istədiyim fənnin tədris ediləcəyi xəbəri, bir biznes ekspert kimi bu sahədə radio yayınında çıxışım və ən əsasları isə dərs dediyim tələbələrdən bir neçəsinin məhz istiqamətləndirməm nəticəsində marketinq sahəsini seçmələri və artıq müxtəlif şirkətlərdə fəaliyyətə başlamaları, habelə çox sayda gənclərimizin onları istiqamətləndirmək üçün mənə müraciətləri…

Bəli bütün bunlar mənim bu keçən yarım ildə uğurlarımdır və buna çox sevinirəm… Və bu sevincimdə və uğurlarımda payları olan hər kəsə təşəkkür edir və minnətdarlığımı bildirirəm. Belə uğur və sevinclərin gənclərimizin də qazanmasını istəyirəm…

Bir daha həmin yazıdan nələri dəyişdirməliyiz qismini nəzərinizə çatdırıram və ümid edirəm ki il sonuna müsbət istiqamətdə daha çox şey dəyişdirəcəyik…

  • Mənfi emosiyalarla yaşamağı və mənfi emosiyalar yaymağı….
  • Hərəkətsiz və ətalət içində olmağı…
  • Qarşılaşılan problemləri başqalarının ayağına yazmağı…
  • Əldə olunan uğurda öz səyini kiçildərək uğuru başqasının ayağına yazmağı…
  • Hər şeyə “qismətdir” deyib hərəkət etməməyi…
  • Öz istəyinlə deyil, kimlərinsə acığına nəsə etməyi, yaşamağı…
  • Uğursuzluğu çalışmamağa deyil, şanssızlığa, bəxtsizliyə bağlamağı…
  • Uğurları çalışmağa, əzmə deyil, şansa, bəxtə və qismətə bağlamağı…
  • Ətraf dəyişərkən özümüz dəyişməməyi…
  • İş həyatında uğuru sadəcə təcrübələrə bağlayıb, təhsilin gücünü kiçiltməyi…
  • Alınan təhsilin iş həyatı üçün yetərli olduğunu düşünüb davamlı öyrənməməyi…
  • Araşdırmadan, analiz etmədən “copy-past”çılığı…
  • Hər hansı bir mövzuda kitabları yetərsiz qəbul edib yetərsizliyi aradan qaldırmaq üçün bu mövzuda daha çox kitab oxumaqdansa, əksinə oxumağı buraxmağı…
  • Bilgi sahibi olmadan fikir sahibi olmağı…
  • İstəksiz və hərəkətsiz davranıb, mənfi nəticələri özündə deyil, kənarda axtarmağı..

VƏ ən nəhayət ATATÜRK-dən:

“Çalışmadan rahat yaşamanın yollarını alışkanlık haline getirmiş milletler, evvela haysiyyetlerini, sonra hürriyetlerini, en sonunda da istikballerini kaybetmeye mahkumdurlar.”

Bir dənə də Ann Landersdən:

“Tanrı bizə iki yuvarlaq orqan verdi, biri oturmaq, digəri düşünmək üçün. Uğurlarımız bunlardan hansını daha çox istifadə etməyimizə bağlı!”

İli gözəl nəticələrlə başa vurmaq diləyi ilə…

Son xəbərlər
Digər xəbərlər