2 C
Baku
Saturday, December 14, 2024

İl yaxşı “gətirmədi”. Azərbaycanda yığılmaq üçün İrandan gətilən avtomobil hissələri azalır

Azərbaycanda İrandan gətirlən avtomobil hissələrinin həcmində azalma müşahidə edilir. Ölkədə Neftçala Avtomobil Zavodunda yığılan “Khazar” avtomobillərinin hissələri İrandan gətirilir. O hissələri isə İranın “Khodro” avtomobil zavodu istehsal edir. Həmin hissələr isə yığılaraq Azərbaycan milli avtomobil brendi altında istehsal edilir. Əsasən bu avtomobillər yerli bazar üçün nəzərdə tutulub.

Cari ilin ilk üç rübü ərzində Azərbaycana İrandan 1 057 ədəd  minik avtomobilləri üçün kuzovlar gətirilib. Bu öncəki ilin analoji dövründəkindən 623 ədəd, yəni, 37% az olması deməkdir. Bu kuzovların hər biri $1 104 başa gəlib. Bu da ümumi olaraq $1.17 milyon deməkdir.

Ötən il isə 1 680 ədəd minik avtomobili kuzov gətirilmişdi ki, bunun da ümumi idxal dəyəri  $1.80 mln. idi. Ayrıca, həmin kuzovları Azərbaycan İrandan ötən il $1 074 orta statistik qiymətdə idxal etmişdi.

Dövlət Statistika Komitəsi bildirib ki, Azərbaycana  İrandan 929.5 ton həcmi və $5.12 mln. idxal dəyərində avtomobilin digər hissələri gətirilib.

İSTEHSAL AZALIB

Avtomobil hissələrinin Azərbaycana idxalındakı rəqəmlərlə Dövlət Statistika Komitəsinin Azərbaycanda istehsal edilmiş minik avtomobilləri rəqəmləri uzlaşır. Yəni, istehsal elə idxal kimi azalıb. Koronavirus ölkəmizdə yenicə səs saldığı və qeyri-müəyyən bir tarixə qədəm qoyduğu aprel və mayda ölkəmizdə bir ədəd belə avtomobil istehsal edilmədi. Buna qədər isə istehsal öncəki illərdəki rəqəmlərdən çox idi.

234567

Azərbaycanda 2020-ci ilin əvvəlindən 1 oktyabra qədər istehsal olunan avtomobillərin həcmi 1 382 ədəd təşkil edib. Bu da öncəki illə müqayisədə 18.1 faiz azalma müşahidə edilməsi deməkdir.

Lakin, istehsal edilmiş avtomobillər isə öncəki illərdən fərqli olaraq alıcısını tapır. İstehsal edildikcə, anbarlardan satışa çıxarılır. Alıcılar vətəndaşlarla yanaşı dövlət büdcəsindən “qidalanan” qurumlardır. Məsələn, son iki il ərzində “AzərMaş”ın bir çox dövlət qurumlarının tenderlərinin qalibi kimi olmasını göstərmək olar.

 

Son xəbərlər
Digər xəbərlər