30 C
Baku
Wednesday, July 9, 2025

İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlət başçısına raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Son xəbərlər
Digər xəbərlər