3 C
Baku
Thursday, February 29, 2024

İlham Əliyev 4 milyardlıq kreditlə bağlı xəbərləri təkzib etdi

“Xarici mətbuatda gedən yazılar yalandan ibarətdir”.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin  Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Dövlət başçısı bu Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib ki, Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandan ibarətdir.

Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini də bildirib.

Qeyd edək ki, yanvarın 28-də “Financial Times” qəzeti və “Reuters” agentliyi  Azərbaycan hökumətinin BVF və DB ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə məlumat yayıb.

Oxu.az

 

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər