İlham Əliyev 63 yaşlı icra başçısını vəzifəsindən azad edir

Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev 22 may tarixində sərəncam imzalayıb.

Arif Seyidov 2006-cı ildən Göygöl RİH başçısı vəzifəsində çalışırdı. O, 1957-ci ildə Xanlar (indiki Göygöl) rayonunda anadan olub.