6 C
Baku
Saturday, December 3, 2022

İlham Əliyev: “Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və buradakı daşlar oğurlanaraq satılıb”

Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər.

Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib: “Ermənilər işğaldan azad olunmuş ərazilərdə məscidləri dağıdıblar. Yalnız Şuşa, Laçın və Kəlbəcərin bir hissəsində dağıntılar törədilməyib. Bunun səbəbi Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq köçürmə siyasəti aparması və bu ərazilərə erməniləri qeyri-qanuni köçürməsi olub”.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X