21 C
Baku
Şənbə, May 21, 2022

İlham Əliyev: “Azad edilən ərazilərimizi qazlaşdırmaq üçün əlavə həcmdə qaza ehtiyacımız olacaq”

“Ümidvaram ki, 2020-ci ildə Vətən Müharibəsi ərzində işğaldan azad edilən ərazilərimizi qazlaşdırmaq üçün çox tezliklə bizim əlavə həcmdə qaza ehtiyacımız olacaq”.

Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

“Həmçinin demək istərdim ki, ilk növbədə, əhalinin sayının artması ilə əlaqədar bizim daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb. Əlbəttə ki, bizim öz tələbatımızı qarşılamaq üçün daha çox qaza ehtiyacımız var. Həmçinin ümidvaram ki, 2020-ci ildə Vətən Müharibəsi ərzində işğaldan azad edilən ərazilərimizi qazlaşdırmaq üçün çox tezliklə bizim əlavə həcmdə qaza ehtiyacımız olacaq. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Siz bizim qarşımızda necə çağırış olduğunu təsəvvürünüzə gətirə bilərsiniz. Biz artıq bu ildən etibarən keçmiş qaçqınlarımızı geri qaytarmağı planlaşdırırıq. Ona görə də, bizim öz istehlakımız üçün əlavə qaza ehtiyacımız olacaq. Burada biz bərpaolunan enerji mənbələri ilə bağlı diqqətimizi cəmləşdirdiyimiz çox mühüm bir məqama gəlirik. Yeri gəlmişkən, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb”, – dövlət başçısı qeyd edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər