31 C
Baku
Thursday, August 11, 2022

İlham Əliyev BVF-nin nümayəndə heyətini qəbul etdi

Əməkdaşlıq perspektivləri müzakirə olundu.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi bildirildi. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan və bu istiqamətdə yaxşı təcrübəyə malik olduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Son xəbərlər
Oxşar xəbərlər