26 C
Baku
Thursday, June 20, 2024

İlham Əliyev: “İndiki şəraitdə neft 70 dollaradək bahalaşa bilər”

“Bu gün həm neft hasilatçıları, həm istehlakçılar qiymətin stabilləşməsinə nail olmaq istəyir. Çünki ucuz neft istehlakçılara da zərbə vurub. Əlbəttə bu gün neft hasilatı ilə məşğul olan ölkələrin iqtisadiyyatı mövcud durumdan daha çox əziyyət çəkir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.

Ölkə başçısı hesab edir ki, OPEC-ə üzv olan və olmayan ölkələr tərəfindən hasilatın azaldılması qiymətləri stabilləşdirə bilər: “Hadisələrin gedişatı onu göstərir ki, hər şey buna doğru gedir. Məncə bu, baş verməlidir. Lakin tərəflər maksimum səmimi, dürüst olmalıdır, qəbul olunan qərarların icrasına nəzarət olunması üçün mexanizm hazırlanmalıdır. Hazırda qlobal neft bazarındakı şərait neftin 60, hətta 70 dollaradək bahalaşmasına səbəb ola bilər ki, bu da bütün tərəflər üçün əlverişlidir – şirkətlər investisiya qoyuluşunu artıra, hasilatla məşğul olan ölkələr isə əldə etdiyi vəsaiti müxtəlif layihələrin reallaşdırılmasına yatıra bilər. İstehlakçılar bundan ancaq udacaq”.

Prezident əlavə edib ki, Azərbaycan hər zaman bu cür addımları dəstəkləyir və bunu dəfələrlə bəyan edib. “Biz birmənalı olaraq bəyan edirik ki, neft hasilatımızı artırmayacağıq. Bunun üçün hansısa qərarı gözləməyə ehtiyac duymuruq. Müəyyən mənada bunu hasilatın dondurulması adlandırmaq olar”, – deyə o qeyd edib.

APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər