28 C
Baku
Saturday, July 27, 2024

İlham Əliyev: İndiki şəraitdə sahibkarlara daha da yaxşı şərait yaratmaq üçün tədbirlər görülməlidir

Sahibkarlığın inkişafı üçün çox işlər görülüb və bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi – 80 faizdən yuxarısı özəl sektorda formalaşır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, bu, son illər ərzində görülmüş işlərin nəticəsidir: “Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmaları tələb edir. İndiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, daxili və yerli istehsalı sürətləndirmək üçün tədbirlər görülməlidir. Müvafiq dövlət qurumlarına artıq tapşırıq vermişəm, ancaq istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri ortaya qoysunlar ki, bu problemlər öz həllini tapsın”.

Son xəbərlər
Digər xəbərlər