22 C
Baku
Sunday, May 26, 2024

İlham Əliyev Özbəkistana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-i Özbəkistana səfər edəcək.

Bu barədə məlumat Özbəkistan Prezidentinin rəsmi saytında yerləşdirilib.

İki gün davam edəcək səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutacaq.

Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər