6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

İlham Əliyev Qarabağ məsələsinin tənzimlənməsində iştirakçı sayını artırmağa çağırıb

Dağlıq Qarabağdakı münaqişənin tənzimlənməsi ilə yalnız ATƏT-in Minsk Qrupu deyil, həmçinin digər ölkələr də məşğul olmalıdırlar. Banker.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Pervıy” kanalına verdiyi müsahibədə söyləyib.

“Sülhdən danışırıqsa, ilk növbədə bunu hərtərəfli, uzunmüddətli, dünyanın aparıcı ölkələrinin zəmanəti ilə təmin ediləcək siyasi həlli yolu kimi görürəm. Həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olacaq ölkələr. Bu ölkələrin tərkibinin bugünkü Minsk Qrupunun tərkibindən fərqli ola biləcəyini istisna etmirəm”, – deyə İlham Əliyev bildirib.

“Regional güclərin fəal iştirakı, beynəlxalq təşkilatların zəmanətləri və əlbəttə ki, azərbaycanlıların haqlı olaraq onlara məxsus olan torpaqlara qayıtması”, – deyə prezident bu məsələni həlli yollarından danışıb.

Son xəbərlər
Oxşar xəbərlər