10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

İlham Əliyev Türkiyə Prezidentinə məktub yazıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

Məktubda deyilir:

Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2020-ci il.

Son xəbərlər
Oxşar xəbərlər