19 C
Baku
Bazar, Sentyabr 26, 2021

İlham Əliyev və Emmanuel Makron Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Screen Shot 2021 09 02 at 14.34.20

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər