14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək

faizlere

“BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib”.

Banker.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi “twitter” səhifəsində qeyd edilib.

BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır isə “Twitter” hesabında qeyd edib ki, COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib. “COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində sədrliyimlə keçiriləcək”.

Qeyd edək ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü Azərbaycanın təşəbbüsü əsasında 2020-ci ilin may ayında keçirilib. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləmişdi.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər