Azərbaycan iri enerji layihələri reallaşdıraraq valyuta ehtiyatlarını artıracaq. Bunu prezident İlham Əliyev deyib.
“Hətta neftin qiymətinin aşağı olması şəraitində biz öz yolumuzdan dönmədik. Valyuta ehtiyatlarını artırırıq”, – İ.Əliyev cümə axşamı AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, iri enerji layihələrinin reallaşdırılması (AÇG, Cənub QAz Dəhlizi) Azərbaycanın valyuta ehtiyatlarını artıracaq.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın valyuta ehtiyatları $3,6 mlırd. – $41,2 mlrd.-a qədər artıb.