“Rusiya-Azərbaycan regionlararası forum iki ölkə arasında strateji əməkdaşlığa töhfə verəcək”.
APA-nın məlumatına görə, bu sözlər Azərbaycan prezidenti İlham Əliyevin 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda yer alıb.
Məktubu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov oxuyub. Məktubda qeyd olunur ki, bu forum qarşılıqlı maraq kəsb edən sahələrin inkişafına təkan verir: “Bu kimi forumlar çərçivəsində konstruktiv təşəbbüslər yaranır, iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verir, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi aparmağa imkan yaradır. İki ölkə güclü iqtisadi potensiala və birgə çalışma təcrübəsinə malikdir. Hazırda dünyada hökm sürən qlobal böhran bütün dünyada ciddi dəyişikliklərə gətirib çıxarıb. Ümid edirəm ki, forum konstruktiv müzakirələrə şərait yaradacaq, maraqlı layihələrlə nəticələnəcək və ölkələrimizə real fayda verəcək”.