Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə gələn il ixrac artırılacaq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
“Biz bununla bərabər, hal-hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim
planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac var və böyük potensial var”, – dövlət başçısı vurğulayıb.