“Bu məsələni artıq diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.
Baker.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
“Türk dünyası təkcə müstəqil dövlətlərdən ibarət deyil. Onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarını, təhlükəsizliyinin milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasasda, diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.