Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Egils Levits Davosda (İsveçrə) keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində görüşəcəklər.
“Davosa işgüzar səfəri zamanı Levits bir sıra ölkələrin liderləri, o cümlədən İsveçrə Prezidenti Alen Berse, Azərbaycan Prezidenti İlham Əliyev, Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Şvabla ikitərəfli görüşlər keçirəcək”, – deyə Latviya mətbuatında bildirilir.
Öz növbəsində, Dünya İqtisadi Forumunun saytında verilən məlumata görə, Prezident İlham Əliyev yanvarın 19-da baş tutacaq Avrasiya Orta Dəhlizinə dair panel müzakirəsinin iştirakçısı elan edilib.
Davos Dünya İqtisadi Forumu yanvarın 16-dan 20-dək keçiriləcək.