26 C
Baku
Wednesday, April 24, 2024

İlham Əliyev Dövlət Sirrinin Mühafizəsi üzrə Komissiyanın yeni tərkibini təsdiqlədi

Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi yeni redaksiyada təsdiqlənib.

Banker.az bildirir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

NK-nin tam siyahısı

Fərmana əsasən, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Müdafiə naziri

Azərbaycan Respublikasının Ədliyyə naziri

Azərbaycan Respublikasının Xarici işlər naziri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

Azərbaycan Respublikasının Daxili işlər naziri

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər