26 C
Baku
Tuesday, July 9, 2024

İlham Əliyev düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqlayıb

İlham Əliyev düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində məlumat verib.

Belə ki, Ermənistanın Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb.

Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Son xəbərlər
Digər xəbərlər