16 C
Baku
Sunday, November 3, 2024

İlham Əliyev: “Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti var”

“Əminəm ki, biz iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyik. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, investisiya sahəsində də böyük perspektivlər var: “Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər